Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcəklər

 Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcəklər

Martın 6-dan 9-dək Bakıda keçiriləcək Dünya Kubokunda yarışacaq Azərbaycan idman gimnastları müəyyənləşib.

Mediasport.com.az xəbər verir ki, yarışda ölkəmiz 8 gimnastla təmsil olunacaq.

Kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər) və Ramin Dəmirov (paralel qollar) gücünü sınayacaq.

Qadınların mübarizəsində isə Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) yarışacaqlar.