Dünya Kuboku: Bakıda yarışacaq milli komandalar müəyyənləşdi

  Dünya Kuboku: Bakıda yarışacaq milli komandalar müəyyənləşdi

Bakı 5-7 iyunda Aerobika gimnastikası üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

"Mediasport" xəbər verir ki, həmin turnirdə təmsilçilərimizlə yanaşı, Əlcəzair, Bolqarıstan, İtaliya, Rusiya, Türkiyə və Ukrayna idmançıları da mübarizə aparacaqlar.

Gimnastlar fərdi və komanda proqramlarında birinci olmağa çalışacaqlar.

Yarış Milli Gimnastika Arenasında baş tutacaq.