Azərbaycanın aerobika gimnastları Fransada 4 medal qazandılar

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Fransanın Tuluza şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, yarışda qarışıq cütlük proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.800 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Böyüklərdən ibarət qrup - Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva 15.118 xalla ikinci yeri tutaraq gümüş mükafata layiq görülüb.
Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16.250 xalla bürünc medalın sahibi olub.
Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17.413 xalla turnirin bürünc mükafatçıları sırasında yer alıb.