Azərbaycan idmançısı Bakıda Dünya Kubokunun qalibi oldu

Azərbaycan idmançısı Bakıda Dünya Kubokunun qalibi oldu

Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunun qalibi olub.

"Mediasport" xəbər verir ki, idmançımız finalda halqalarla hərəkətdə uğur qazanıb.

Təsnifat mərhələsində birinci yeri tutan təmsilçimiz ən yüksək - 14,233 xalla çempion tituluna yiyələnib.

Qeyd edək ki, Simonov bu il Almaniyanın Kottbus şəhərində keçirilən Dünya Kubokunda gümüş medalla kifayətlənmişdi.