"Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir”

"Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir”

"Ölkə rəhbərliyinin dəstəyi sayəsində Azərbaycan idmanı ildən-ilə inkişaf edir".

"Mediasport" xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, Bakı şəhərinin “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində fikirlərini bölüşüb.

Nazir Azərbaycanın çoxlu beynəlxalq yarışa ev sahibliyi etdiyini xatırladıb:

“Bunlar arasında "Formula 1", UFC və digər vacib yarışlar var. Əlbəttə, bu yolda Bakı Şəhər İcra Hakimiyyətinin də dəstəyi böyükdür.

Bizi növbəti il daha maraqlı yarışlar gözləyir. Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir”.