UEFA Pro kateqoriyalı kursunun üçüncü mərhələsi keçirilir - FOTO

UEFA Pro kateqoriyalı kursunun üçüncü mərhələsi keçirilir - FOTO

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir.

"Mediasport" xəbər verir ki, UEFA-dan təyin olunan qonaq Dani Rizer tərəfindən keçirilən kursda liderlik və məşq fəlsəfəsi mövzusunda müzakirələr aparılıb.

Rizerlə yanaşı, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovun rəhbərliyi ilə təşkil olunan kursa sabah yekun vurulacaq.