Azərbaycan komandası Bakıda dünya çempionu oldu - VİDEO

Azərbaycan komandası Bakıda dünya çempionu oldu - VİDEO

Çövkən üzrə Azərbaycan milli komandası dünya çempionatının qalibi olub.

"Mediasport" xəbər verir ki, yığmamız final qarşılaşmasında Çilini məğlub edib (3:0).

Üçüncü yer uğrunda baş tutan görüşdə Uruqvay və Niger milli komandaları qarşılaşıb.

Həmin dueldə Cənubi Amerika təmsilçisi 3:2 hesablı qələbə qazanaraq bürünc medallara yiyələnib.