"Bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır"

"Bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır"

"Problemli mövzulardan biri odur ki, bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır. Bu datalar həqiqətən milliyə necə futbolçuların cəlb olunduğunu göstərəcək".

"Mediasport" xəbər verir ki, bu fikirləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev səsləndirib.

Federasiya rəsmisi kamera və analiz platforması "Eyeball" şirkəti ilə müqavilə imzalanması mərasimində maraqlı açıqlaması ilə diqqət çəkib.

O, Azərbaycan futbolunda ən böyük problemin uşaq və gənclər futbolu ilə bağlı olduğunu vurğulayıb:

"Artıq texnologiyalar futbola da şamil edilir. Uşaq və gənclər futbolunda kamera və analiz tətbiq olunacaq. Yarışda stadionlara kamera quraşdırılacaq və analizlər aparılacaq.

Turdan-tura baza yaranacaq. Bu da hər oyunçunun performansını ortaya qoyacaq. Bu data bazası həm də Avropa və dünya skautlarına çıxış olacaq.

Skautlar futbolçuları nəzarətdə saxlaya biləcək və vaxtı gələndə öz komandalarına cəlb edə biləcəklər. Bu, futbolumuzun inkişafı üçün bir təkan olacaq".

Tərəflər arasında anlaşmaya əsasən, "Eyeball" şirkətinin kamera və analiz platforması AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda tətbiq ediləcək.