Azərbaycan millisinin sabiq üzvü karyerasını "Səbail"də keçirəcək
1-ci Liqada yeni mövsümə hazırlaşan "Səbail" 2026/2027 mövsümü üçün növbəti transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, Qubanı təmsil edəcəyi gözlənilən kollektiv Zeyəddin Abdurahmanovla güclənib.
23 yaşlı yarımmüdafiəçi son mövsümü eyni liqada MOiK-də keçirib.
Azərbaycanın U-21 yığmasının sabiq üzvü ilə 1+1 illik müqavilə imzalanıb.


