Elmira Aslanova bu dəfə 6812 metrlik Ama Dablam dağına çıxdı

 Elmira Aslanova bu dəfə 6812 metrlik Ama Dablam dağına çıxdı

Azərbaycanlı alpinist Elmira Aslanova Nepalda 9 günlük ekspedisiyada olub.

"Mediasport" xəbər verir ki, idmançı noyabrın 21-də dünyanın texniki baxımdan çətin zirvələrindən biri olan Ama Dablam dağına (6812 m) uğurla qalxıb.

Xatırladaq ki, Aslanova daha əvvəl də bir neçə dəfə çətin zirvələrə qalxıb.

O, 2023-cü ildə dünyanın ən hündür nöqtəsi olan Everesti (8849 m), Cənubi Amerikanın ən yüksək zirvəsi Akonkaquanı (6961 m), dünyanın ən yüksək aktiv vulkanı Oxos-del-Saladonu (6893 m), 2025-ci ildə isə Antarktidanın ən yüksək zirvəsi Vinsonu (4892 m) və Okeaniyanın ən yüksək nöqtəsi Puncak-Cayanı (4884 m) fəth edib.