Adil Şükürov rəsmən "Kəpəz"də

Adil Şükürov rəsmən "Kəpəz"də

"Kəpzə" yeni baş məşqçisini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Gəncə klubunu Adil Şükürov çalışdıracaq.

Mütəxəssislə 2 illlik müqavilə imzalanıb.

Xatırladaq ki, məşqçi 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb. 

Adil Şükürov komandamızda futbolçu qismində də çıxış edib.

O, 1999/2000-ci illər mövsümdə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.