Boksçularımız “Heydər Əliyev Kuboku-2025"in qalibi oldular

Boksçularımız “Heydər Əliyev Kuboku-2025"in qalibi oldular

Azərbaycan boksçuları Bakıda keçirilən yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin qalibi olublar.

"Mediasport" xəbər verir ki, Boks Mərkəzində 6 gün davam edən yarışda 8 ölkədən 216 idmançısı mübarizə aparaıb.

Bu gün baş tutan finallarda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi turniri 35 medalla başa vurub.

Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət komandanın heyətində Əli Ruşanov (44 kq), Əli Əliyev (48 kq), Şahin Aslanov (60 kq) və Səftər Məmmədzadə (80 kq+) çempion tituluna yiyələniblər.

Yalnız finalda uduzan Həsən Sərhədli (44 kq) ilə İbrahim Bədəlli (54 kq) ikinci yerlə kifayətləniblər.

Digər boksçulardan Həsrət Məmmədov, Abdulrahim Məmmədov (hər ikisi 44 kq), Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Əli Camalzadə (52 kq), Sadiq Musayev (54 kq), Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Nicat İmanov və Hüseyn Vahabov (hər ikisi 75 kq) bürünc mükafat qazanıblar.

Beləliklə, Azərbaycan yığması turniri 9 qızıl, 8 gümüş və 18 bürünc medalla bitirib.

Yarışda komanda hesabında millimiz birinci yeri tutub və Heydər Əliyev Kubokuna sahib olub. İkinci pilləyə Rusiya (6-2-2) yiyələndiyi halda, “üçlüy”ü Qazaxıstan (2-4-5) qapayıb.

Birincilikdə ən yaxşı boksçu adına Səftər Məmmədzadə (Azərbaycan) layiq görülüb. Elif Yıldırım (Türkiyə) isə ən yaxşı hakim seçilib.