Azərbaycan boksçuları "Stranca" turnirində mübarizə aparacaqlar
Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək beynəlxalq "Stranca" turnirində mübarizə aparacaqlar.
"Mediasport" xəbər verir ki, yarışa 12 idmançımız qatılacaq.
Məşqçilər korpusu ilin ilk beynəlxalq sınağında Bilalhəbaşi Nəzərov (50 kq), Nicat Hüseynov, Zəlimxan Süleymanov, Zidan Hünbətov (hamısı 55 kq), Məhəmmədəli Aşırəliyev, Məhəmmədəli Qasımzadə, Tağı Nəsibov (hamısı 60 kq), Maqsud Xasmetov, Malik Həsənov, Zaur Qəhrəmanov (hamısı 65 kq), Murad Allahverdiyev (80 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcək.
35 ölkədən 400-dək boksunun qatılacağı gözlənilən turnirdə ölkəmizi hakim kimi Qalib Əbiyev təmsil edəcək.
Turnir fevralın 23-də başlayacaq və 8 gün davam edəcək və püşkü fevralın 22-də atılacaq.
