Olimpiya çempionu Bakıya gəldi

Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Lazizbek Mullajonov Bakıya gəlib.
"Mediasport" xəbər verir ki, özbəkistanlı boksçu ölkəmizdə təlim-məşq toplanışı keçəcək.
Mullajonov qarşıdakı 1 ayda Bakıda keçiriləcək “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlaşacaq.
Olimpiya çempionu ağır çəkili boksçularımız Alfonso Dominges (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birgə məşq edəcək.
L.Mullajonovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Paris-2024-ün finalındakı rəqibi Alfonso Dominges qarşılayıb.