"Bunu rəqib üçün üstünlük saymaq olar" - Sadıqov püşkü dəyərləndirdi

"Bunu rəqib üçün üstünlük saymaq olar" - Sadıqov püşkü dəyərləndirdi

"Əslində, bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu".

"Mediasport" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis UEFA Konfrans Liqasının I təsnifat mərhələsində rəqib olacaqları "Torpedo"nu (Gürcüstan) dəyərləndirib.

O, rəqib komandanın mütəmadi olaraq avrokuboklarda iştirak etdiyini vurğulayıb:

"Rəqibimiz "Torpedo"dur, çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır.

Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, inşallah, sonda mərhələ keçən tərəf olmaq istəyirik".

Qeyd edək ki, "qartallar" gürcülərlə ilk matçını iyulun 9-da Bakıda, cavab oyununu iyunun 16-da səfərdə keçirəcək.