Onur Quluzadə Azərbaycanın müstəqillik tarixində ilki bacardı
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Portuqaliyada keçirilən Avropa çempionatında ilkə imza atıb.
"Mediasport" xəbər verir ki, təmsilçimiz Qondomar şəhərində baş tutan birincilikdə qoşa növdə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə uğurlu nəticə əldə edib.
1/4 finalda Çexiyalı rəqibləri ilə görüşünü uğurla başa vuran idmançımız yarımfinala vəsiqə qazanıb.
Quluzadə bununla azı bürünc medalı təmin edərək Azərbaycanın müstəqillik dövründə belə uğura imza atan ilk stolüstü tennisçimiz olub.
Cütlük bu gün keçiriləcək yarımfinalda Avstriya-İspaniya təmsilçiləri - Luis Fegerl-Ladimir Mayorov tandemi ilə qarşılaşacaq.


