“Neftçi” daha iki futbolçunun keçidini rəsmiləşdirdi - FOTO

“Neftçi” daha iki futbolçunun keçidini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, Bakı təmsilçi Venesuela milli komandasının yarımmüdafiəçisi Freddi Varqas və ekvadorlu Cordan Rezabalanı rənglərinə bağlayıb.
26 yaşlı Varqas İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.
Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.
25 yaşlı hücumameyilli Rezabala ilə 2 illik müqavilə bağlanıb. Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. O, 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinib
Qeyd edək ki, Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.