"CBC Sport" 10 yaşında!
Bu gün Azərbaycanın əsas idman kanallarından "CBC Sport" 10 illiyini qeyd edir.
2015-ci ildə fəaliyyətə başlayan kanal 9 avqust 2015-ci ildə internet yayımına start verib.
1 oktyabr 2015-ci ildə isə test yayımına keçən "CBC Sport" 1 noyabr 2015-ci ildə əsas yayımla efirə başlayıb.
"Mediasport"un kollektivi adından "CBC Sport"u mini yubileyi münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
