İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə oyununa təyinat aldı
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.
Bu barədə "Mediasport"a AHF-dən məlumat verilib.
Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AVRO-2028-in seçmə mərhələsinin Bolqarıstan - Türkiyə görüşündə Avropa Həndol Federasiyanın nümayəndəsi olacaq.
Yanvarın 7-də Şumen şəhərində keçiriləcək matçı rumıniyalı hakimlər briqadası idarə edəcək.
