Niderland milli komandası futbol üzrə Avropa çempionu oldu!

Rumıniyada 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, qitə birinciliyinin qalibi Niderland milli komandası olub.
Peter van der Veenin baş məşqçisi olduğu "narıncılar" final qarşılaşmasında İspaniya yığmasına qalib gəliblər - 1:0.
Pireneylilər qızıl medalların taleyini həll edən yeganə qolu ikinci hissədə öz qapılarından keçiriblər.
Bu, "zanbaqlar ölkəsi"nin analoji yarışlarda ilk çempionluğudur.