Muhamməd və Ömər Çindəki yarışda bürünc medal qazandılar

 Muhamməd və Ömər Çindəki yarışda bürünc medal qazandılar

Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən batut və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında uğurlu çıxışlarını davam etdirirlər.

"Mediasport" xəbər verir ki, batut növündə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı final mərhələsində 46,160 xal toplayaraq bürünc medal qazanıblar.

Eyni proqramda 17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev təsnifat mərhələsində 48,960 xalla 4-cü pillədə qərarlaşaraq finala yüksəliblər.

Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında ölkəmizi təmsil edən Əsnad Niftiyeva isə 42,700 xalla 8-ci nəticəni göstərərək final mərhələsinə vəsiqə əldə edib.

Gimnastlarımız yarışda mübarizələrini davam etdirirlər.