Cəlal və Zamiq 90 dəqiqə oynadılar - 1 qələbə, 1 heç-heçə qeydə alındı

UEFA Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları bu gün başa çatıb.
"Mediasport" xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Araz-Naxçıvan" "Omoniya"ya, "Sabah" "Levski"yə uduzub.
Muxtar Respublika təmsilçisinin potensial rəqiblərindən PAOK-la "Volfsberger"in görüşündə qalib müəyyənləşməyib (0:0).
Bakı təmsilçisinin potensial rəqibləri olan AZ (Niderland) - "Vaduts" (Lixtenşteyn) oyunu meydan sahiblərinin qələbəsi ilə bitib - 3:0.
Ümumilikdə, ötən axşam 29 oyun keçirilib.
Azərbaycanlı futbolçulardan Cəlal Hüseynovun formasını geyindiyi "Arda" "Jalgiris"i məğlub edib.
Hüseynov matçı əvəzolunmadan keçirib. Yığmamızın futbolçusu 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Zamiq Əliyevin oynadığı "Eqnatiya" isə "Olimpiya" ilə qolsuz heç-heçəyə razılaşıb. Əliyev 90 dəqiqə meydanda mübarizə aparıb.
Türkiyə təmsilçilərindən "Beşiktaş" "Sent Patriks"i, "Başakşəhər" "Vikinq"i üstələyib.
UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyunlar
"Araz-Naxçıvan" (Omoniya) - "Omoniya" (Kipr) 0:4
"Aris" (Limassol, Kipr) - AEK (Afina, Yunanıstan) 2:2
"Jalqiris" (Litva) - "Arda" (Bolqarıstan) 0:1
"Milsami" (Moldova) - "Virtus" (San Marino) 3:2
"Rosenborq" (Norveç) - "Hammarbü" (İsveç) 0:0
"Ostrava" (Çexiya) - "Vyana" (Avstriya) 4:3
AİK (İsveç) - "Qyor" (Macarıstan) 2:1
"Riqa" (Latviya) - "Beytar" (İsrail) 3:0
"Silkeborq" (Danimarka) - "Yagelloniya" (Polşa) 0:1
"Vikinq" - "Başakşəhər" (Türkiyə) 1:3
"Anderlext" (Belçika) - "Şerif" (Moldova) 3:0
AZ (Niderland) - "Vaduts" Lixtenşteyn) 3:0
"Differdanj" (Lüksemburq) - "Levadiya" (Estoniya) 2:3
"Levski" (Bolqarıstan) - "Sabah" (Azərbaycan) 1:0
"Olimpiya" (Lyublyana, Sloveniya) - "Eqnatiya" (Albaniya) 0:0
"Polessye" (Ukrayna) - "Pakş" (Macarıstan) 3:0
"Sparta" (Praqa, Çexiya) - "Ararat" (Ermənistan) 4:1
"Vikinqur" (İslandiya) - "Linfild" (Şimali İrlandiya) 2:1
"Lozanna" (İsveçrə) - "Astana" (Qazaxıstan) 3:1
"Ballkani" (Kosovo) - "Şamrok Rovers" (İrlandiya) 1:0
"Luqano" (İsveçrə) - "Çelye" (Sloveniya) 0:5
"Universitatya" (Krayova, Rumıniya) - "Spartak" (Trnava, Slovakiya) 3:0
"Sent Patriks" (İrlandiya) - "Beşiktaş" (Türkiyə) 1:4
"Vikinqur Reykyavik" (İslandiya) - "Brondbü" (Danimarka) 3:0
"Hayduk" (Xorvatiya) - "Dinamo" (Tirana, Albaniya) 2:1
"Larne" (Şimali İrlandiya) - "Santa Klara" (Portuqaliya) 0:3
"Partizan" (Serbiya) - "Hibernian" (Şotlandiya) 0:2
"Rakov" (Polşa) - "Makkabi" (Hayfa, İsrail) 0:1
"Rapid" (Avstriya) - "Dandi Yunayted" (Şotlandiya) 2:2