Benzianın yeni klubu məlum oldu
"Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia Azərbaycana qayıdası olmayıb.
"Mediasport" xəbər verir ki, əlcəzairli futbolçu karyerasını Tailandda davam etdirəcək.
Vinger Premyer Liqa klubu "Buriram Yunayted"lə müqavilə bağlayıb. Anlaşma 6 ay+1 illik nəzərdə tutulub.
Qeyd edək ki, 2023-2025-ci illərdə "Qarabağ"da oynamış Benzia ölkəmizə ancaq Ağdam klubuna geri dönə biləcəyini açıqlamışdı.

