UEFA Çempionlar Liqası: Növbəti mərhələnin cütləri müəyyənləşdi

UEFA Çempionlar Liqası: Növbəti mərhələnin cütləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütləri bəlli olub.

"Mediasport" xəbər verir ki, "Şelbörn"ü mübarizədən kənarlaşdıran təmsilçimiz "Qarabağ" (0:3, 0:1) bu mərhələdə Şimali Makedoniya klubu ilə qarşılaşacaq.

Türkiyə təmsilçisi "Fənərbağça" isə "Feyenoord" ilə üz-üzə gələcək.

Ümumilikdə bu mərhələdə 10 oyun keçiriləcək.

UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi

Çempionluq Yolu

"Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" (Azərbaycan)

"Malmö" (İsveç) - "Kopenhagen" (Danimarka)

"Kayrat" (Qazaxıstan) - "Slovan" (Sloveniya)

"Lex" (Polşa) - "Srvena Zvezda" (Serbiya)

"Dinamo" (Kiyev, Ukrayna) - "Pafos" (Kipr)

"Ludoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarıstan)

Liqa Yolu

"Zalsburq" (Avstriya) - "Brügge" (Belçika)

"Reyncers" (Şotlandiya) - "Viktoriya" (Çexiya)

"Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)

"Feyenoord" (Niderland) - "Fənərbağça" (Türkiyə)