"Qalatasaray" İngiltərə səfərində - Çempionlar Liqasında 1/8 final
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, bu axşam 1/4 finala vəsiqə qazanan digər 4 iştirakçı kollektivin adı müəyyənləşəcək.
1/8 finalın cavab qarşılaşmaları arasında Türkiyə təmsilçisi "Qalatasaray"ın İngiltərədə "Liverpul"la matçı maraqla gözlənilir.
Qeyd edək ki, dünən "Real" M., (İspaniya), PSJ (Fransa), "Arsenal" (İngiltərə) və "Sportinq" (Portuqaliya) növbəti mərhələyə vəsiqə əld ə ediblər.
UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunları
21:45. "Barselona" (İspaniya) – "Nyukasl" (İngiltərə) (İlk oyun - 1:1)
00:00. "Bayern" (Almaniya) – "Atalanta" (İtaliya) (İlk qoyun - 6:1)
00:00. "Liverpul" (İngiltərə) – "Qalatasaray" (Türkiyə) (İlk oyun - 0:1)
00:00. "Tottenhem" (İngiltərə) – "Atletiko" Madrid (İspaniya) (İlk oyun - 2:5)
