Çempionlar Liqasında pley-off: Cavab oyunları start götürdü

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.
"Mediasport" xəbər verir ki, ilk gündə 3 görüş keçirilib.
Qazaxıstanın "Kayrat" klubu Şotlandiya nəhəngi "Seltik"i penaltilər seriyası ilə mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə Liqa mərhələsinə vəsiqə əldə edib.
Xatırladaq ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" cavab matçına bu gün Bakıda çıxacaq.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları
"Kayrat" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) 0:0 (pen., - 3:2) İlk oyun 0:0
"Pafos" (Kipr) - "Srvena Zvezda" (Serbiya) 1:1 İlk oyun 2:1
"Şturm Qrats" (Avstriya) - "Budö Qlimt" (Norveç) 2:1 İlk oyun 0:5