Fantastik matçda "Barselona"ya qalib gələn "İnter" ÇL-in finalında!

Fantastik matçda "Barselona"ya qalib gələn "İnter" ÇL-in finalında!

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab qarşılaşması Milanda baş tutub.

Fantastik 120 dəqiqənin tamamında ispanları mübarizədən kənarlaşdıran "İnter" adını finala yazdırıb.

Raundun digər görüşü bu gün keçiriləcək.

Xatırladaq ki, Avropanın bir nömrəli klub yarışının finalı mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da reallaşacaq.


UEFA Çempionlar Liqası. Yarımfinal. Cavab oyunu


"İnter" (İtaliya) - "Barselona" (İspaniya) 3:3 (əlavə vaxt - 1:0)

Qollar: Lautaro Martines, 21, Hakan Çalhanoğlu, 45+1-pen., Françesko Açerbi, 90+4, Davide Frattezi, 99 - Erik Qarsiya, 54, Dani Olmo, 60, Rafinya, 88.

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun - 3:3.