Bu gün pley-offun cavab oyunları start götürür - Çempionlar Liqası

Bu gün pley-offun cavab oyunları start götürür - Çempionlar Liqası

Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunları start götürəcək.

"Mediasport" xəbər verir ki, 7 matçın 3-ü ilk gündə baş tutacaq.

Azərbaycan çempionu “Sabah” Bakıda meydana çıxacaq.

Qalan 4 görüş sabah reallaşacaq.

Qeyd edək ki, cütlərin qalibləri mübarizəni turnirin Liqa mərhələsində, məğlub olan kollektivlər isə Avropa Liqasının əsas raundunda davam etdirəcəklər.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları


20:45. “Sabah” (Azərbaycan)– “Hapoel” Beer-Şeva (İsrail) (ilk oyun – 1:2)

23:00. LASK (Avstriya) – “Seltik” (Şotlandiya) (ilk oyun – 0:3)

23:00. “Budo-Qlimt” (Norveç) – NEK (Niderland) (ilk oyun – 3:1)