ÇL-də cavab oyunları keçiriləcək, millimizin üzvü İslandiya səfərində

ÇL-də cavab oyunları keçiriləcək, millimizin üzvü İslandiya səfərində

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümü üçün I təsnifat mərhələsinin cavab görüşləri start götürəcək.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma baş tutacaq.

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın "Eqnatiya" komandası ötən həftə qalib gəldiyi "Breydablik"in qonağı olacaq.

Yarışa II raunddan başlayacaq Azərbaycan çempionu "Qarabağ"ın rəqibi isə sabah müəyyənləşəcək.

Tura sabah iki matçla yekun vurulacaq.


UEFA Çempionlar Liqası. I təsnifat mərhələsi. Cavab oyunları


19:00 "Kayrat" (Qazaxıstan) - "Olimpiya" (Sloveniya) İlk oyun 1:1

19:30 "Linkoln Red İmps" (Cəbəllütariq) - "Vikinqur" (Farer adaları) İlk oyun 3:2

21:00 "Hamrun" (Malta) - "Jalgiris" (Litva) İlk oyun 0:2

21:00 "Malmö" (İsveç) - "İberiya" (Gürcüstan )İlk oyun 3:1

21:00 "Milsami" (Moldova) - "KuPS" (Finlandiya) İlk oyun 0:1

21:00 RFŞ (Latviya) - "Levadiya" (Estoniya) İlk oyun 1:0

22:00 "Differdanj" (Lüksemburq) - "Drita" (Kosovo) İlk oyun 0:1

22:00 "Şkendiya" (Şimali Makedoniya) - "TNS" (Uels) İlk oyun 0:0

22:30 "İnter" (Andorra) - FKSB (Rumıniya) İlk oyun 1:3

23:00 "Breydablik" (İslandiya) - "Eqnatiya" (Albaniya) İlk oyun 0:1

23:00 "Buduçnost" (Monteneqro) - "Noa" (Ermənistan) İlk oyun 0:1

23:00 "Zrinski" (Bosniya və Herseqovina) - "Virtus" (San Marino) İlk oyun 2:0