Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri "sülh" bağladılar

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə altı görüş baş tutub.
Türkiyə təmsilçisi "Fənərbağça" səfərdə "Feyenoord"a uduzub.
Azərbaycan çempionu "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) "sülh" bağlayıb.
UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyunlar
"Kayrat" (Qazaxıstan) - "Slovan" (Sloveniya) 1:0
"Zalsburq" (Avstriya) - "Brügge" (Belçika) 0:1
"Ludoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarıstan) 0:0
"Lex" (Polşa) - "Srvena Zvezda" (Serbiya) 1:3
"Feyenoord" (Niderland) - "Fənərbağça" (Türkiyə) 2:1
"Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya) 0:2