Çempionlar Liqasında pley-off mərhələsinə 3 oyunla start verildi

Çempionlar Liqasında pley-off mərhələsinə 3 oyunla start verildi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına start verilib.

"Mediasport" xəbər verir ki, birinci oyun günündə 3 qarşılaşma baş tutub.

Təmsilçimiz "Qarabağ" Macarıstanda "Ferensvaroş"u 3:1 hesabı ilə məğlub edib.

Raundun ilk oyunlarına bu gün keçiriləcək 4 görüşlə yekun vurulacaq.

UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyunlar

"Ferensvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) 1:3

"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr) 1:2

"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika) 1:3