"Çox çalışdıq, fədakarlıq etdik və inandıq - Hamınızla fəxr edirəm"
"Necə də möhtəşəm səyahət idi. Uğurlu mövsüm üçün minnətdaram. Çox çalışdıq, fədakarlıq etdik və inandıq".
"Mediasport" xəbər verir ki, bunu "Turan Tovuz"un 31 yaşlı müdafiəçisi Emmanuel Hakman rəsmi sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.
O, 2025/2026 mövsümündə çox çalışdıqlarını bildirib:
"Fədakarlıq etdik və inandıq. Turan ailəsinə çox təşəkkür edirəm. Rəhbərliyə, məşqçi heyətinə, komanda yoldaşlarıma və inanılmaz azarkeşlərimizə.
Hamınızla çox fəxr edirəm. UEFA Konfrans Liqasında çıxış edəcəyik. Xoşbəxtəm.
Tezliklə görüşənədək. Tətiliniz xoş keçsin".
Xatırladaq ki, Qərb təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
Yarışın ilk turunun matçları 9-16 iyul, cavab qarşılaşmaları 23-30 iyul tarixlərində baş tutacaq.
View this post on Instagram


