“Qəbələ” yay hazırlığı çərçivəsində 7 yoldaşlıq görüşü keçirəcək

“Qəbələ” yay hazırlığı çərçivəsində 7 yoldaşlıq görüşü keçirəcək

Yenidən Premyer Liqada çıxış edəcək “Qəbələ”nin yay hazırlıq planı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, komandanın təlim-məşq toplanışı iyunun 30-da Qəbələdə start götürəcək.

Hazırlıq prosesinin ilk mərhələsi 14 gün davam edəcək.

Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-da və 14-də baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.

Təlim-məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyunun keçirilməsi planlaşdırılır.

Rəqiblər və matçların vaxtı hələlik məlum deyil.