"Qarabağ"ın növbəti transferi də Portuqaliya klubundan oldu

"Qarabağ" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Mafra” klubu ilə apardığı danışıqları müsbət yekunlaşdıraraq Kris Kuakunu transfer edib.
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçu "köhlən atlar"ın heyətində 6 nömrəli formanı geyinəcək.
Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlamış Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyulland”a keçib.
O, 2023-cü ildən “Mafra”nın uğurları üçün çalışıb.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl Portuqaliyadan Dani Bolt və Pedro Bikalyonu transfer edib.