"Turan Tovuz" "Zirə"ni məğlub etdi, "Qəbələ" "Sumqayıt"dan xal aldı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, üç günü əhatə edəcək turun ilk oyun günündə iki matç keçirilib.
Medallar uğrunda yarışan "Turan Tovuz" "Zirə"dən üstün olub. Sumqayıtda isə "sülh" qeydə alınıb.
Tura fevralın 22-də yekun vurulacaq.
Xatırladaq ki, turun "Neftçi" - "Qarabağ" görüşü ikincilərin Çempionlar Liqası matçı ilə əlaqədar təxirə salınıb.
Azərbaycan Premyer Liqası. 21-ci tur
20 fevral (cümə)
"Turan Tovuz" - "Zirə" 2:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
"Azersun Arena"
"Sumqayıt" - "Qəbələ" 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
21 fevral (şənbə)
14:30. "Karvan-Yevlax" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu
22 fevral (bazar)
14:30. "İmişli" - "Şamaxı"
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Quba Olimpiya İdman Kompleksinin stadionu
17:00. "Sabah" - "Kəpəz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
"Bank Respublika Arena"
