Kulibali Azərbaycan 1-ci liqası klubunda forma geyinəcək - RƏSMİ

Kulibali Azərbaycan 1-ci liqası klubunda forma geyinəcək - RƏSMİ

1-ci liqada yarışan "Şahdağ Qusar" heyətinə daha bir legioner futbolçu qatıb.

"Mediasport" xəbər verir ki, şimal təmsilçisi Alassane Kulibali ilə müqavilə bağlayıb.

Fildişi Sahilindən olan 24 yaşlı hücumçu ilə anlaşma cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Kulibali son olaraq ölkəsinin "AFAD-Pleteau" klubunda forma geyinib.