Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsində

 Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsində

Azərbaycanın qadın FIFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.

Fəridə Lüftəliyeva oktyabrın 25-də Uels - Lüksemburq, oktyabrın 31-də isə Lüksemburq - Gürcüstan qarşılaşmalarını idarə edəcək.

Bundan əlavə, Fəridə Lüftəliyeva oktyabrın 28-də Uels - Gürcüstan oyununda dördüncü hakim olacaq.

Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.