“Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə bağladı

Baş məşqçi Elmar Baxşıyevlə anlaşan “Araz-Naxçıvan” 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, Kristian Avram və İssuf Paro növbəti mövsümdə də Naxçıvan təmsilçisinin formasını geyinəcəklər.
Qolkiperlə 1, müdafiəçi ilə 1+1 il müddətinə anlaşma əldə olunub.
Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətində yer alıb.