Cənubi Azərbaycan klubu ilk dəfə Superkubokun qalibi oldu

Təbrizin "Traktor" komandası tarixində ilk dəfə futbol üzrə İran Superkubokunun qalibi olub.
"Mediasport" xəbər verir ki, başa çatan mövsümdə tarixinin ilk ölkə çempionluğunu qazanan Cənubi Azərbaycan təmsilçisi finalda əzəli rəqiblərdən - İran Kubokunun qalibi "İstiqlal"la qarşılaşıb.
İsfahandakı "Nəqş-e Cahan" stadionunda keçirilən görüşdə hesabda geri düşən "al qurdlar" əzmkarlıq nümayiş etdirərərk qələbə qazanıblar - 2:1.
Qeyd edək ki, 2024/2025 mövsümündə ilk dəfə İran çempionu olan "Traktor" tarixində ilk Superkuboka yiyələnib.