Murad Məmmədov sifariş edilmədi, Zamiq ehtiyatda qaldı

Murad Məmmədov sifariş edilmədi, Zamiq ehtiyatda qaldı

UEFA Konfrans Liqasında Liqa mərhələsinin 2-ci tur görüşləri baş tutub.

"Mediasport" xəbər verir ki, tək oyun günündə 18 qarşılaşma keçirilib.

Azərbaycanlı futbolçulardan U-21 yığmamızın üzvü Murad Məmmədovun formasını geyindiyi Kiprin "Pafos" kollektivi doğma meydanda "Riqa" klubunu qəbul edib, zədəsini yeni sağaltmış vingerin adı "23-lüy"ə salınmayıb.

Zamiq Əliyevin heyətində yer aldığı Albaniyanın "Eqnatiya" komandası isə Danimarka səfərində meydana çıxıb, müdafiəçi ehtiyatda qalıb.

Türkiyənin yarışda təmsilçisi "Trabzonspor" evdə "Harts"ı sınağa çəkib.


UEFA Konfrans Liqası. Liqa mərhələsi. 2-ci tur


"Kayrat" (Qazaxıstan) – "Panatinaikos" (Yunanıstan) 1:5

"Srvena Zvezda" (Serbiya) – "Kopenhagen" (Danimarka) 2:2

"Pafos" (Kipr) – "Riqa" (Latviya) 1:1

"Xetafe" (İspaniya) – "Luqano" (İsveçrə) 2:5

"Trabzonspor" (Türkiyə) – "Harts" (Şotlandiya) 2:0

"Yablonets" (Çexiya) – "Brayton" (İngiltərə) 0:0

"Nordselland" (Danimarka) – ÇSKA (Bolqarıstan) 2:2

"İnter" Eskaldes (Andorra) – "Universitatya" Krayova (Rumıniya) 1:3

"Kauno" Jalgiris (Litva) – "Brann" (Norveç) 1:4

"İberiya" (Gürcüstan) – "Myalbü" (İsveç) 1:1

"Braqa" (Portuqaliya) – "Gent" (Belçika) 2:0

"Ayaks" (Niderland) – "Atalanta" (İtaliya) 2:0

"Monako" (Fransa) – "Frayburq" (Almaniya) 2:0

"Midtyullann" (Danimarka) – "Sent-Trüyden" (Belçika) 0:1

"Linkoln" (Cəbəllütariq) – "Tvente" (Niderland) 1:4

"Borats" (Bosniya və Herseqovina) – "KuPS" (Finlandiya) 2:0

"Orhus" (Danimarka) – "Eqnatiya" (Albaniya) 1:1

"Tun" (İsveçrə) – "Hayduk" (Xorvatiya) 0:1