İlahə Quliyeva ABŞ-dəki dünya çempionatında mübarizə aparacaq
Azərbaycan atletika millisinin üzvü İlahə Quliyeva ABŞ-nin Yucin şəhərində keçiriləcək U-20 dünya çempionatında iştirak edəcək.
Bu barədə "Mediasport"a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
İdmançı 400 metr məsafəyə qaçışda ölkəmizi təmsil edəcək.
Mötəbər birincilik avqustun 5-dən 9-dək davam edəcək.


