Avropa Konfrans Liqasında pley-offun cavab görüşləri keçiriləcək

Avropa Konfrans Liqasında pley-offun cavab görüşləri keçiriləcək

Bu gecə UEFA Avropa Konfrans Liqasında da pley-off mərhələsi yekunlaşacaq.

"Mediasport" xəbər verir ki, cavab qarşılaşmaları ilə bütün 1/8 finalçılar məlum olacaq.

Türkiyənin turnirdəki təmsilçisi "Samsunspor" doğma publika qarşısında oynayacaq.

Xatırladaq ki, daha əvvəl birbaşa Liqa mərhələsindən "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Mayns" (Almaniya), AEK (Larnaka, Kipr), "Strasbur" (Fransa) və "Rakuv" (Polşa) 1/8 finala yüksəlib.


UEFA Konfrans Liqası. Pley-off mərhələsi. Cavab oyunları


21:45. "Fiorentina" (İtaliya) – "Yagelloniya" (Polşa) İlk oyun – 3:0

21:45. "Samsunspor" (Türkiyə) – "Şkendiya" (Şimali Makedoniya) İlk oyun – 1:0

21:45. "Çelye" (Sloveniya) – "Drita" (Kosovo) ilk oyun – 3:2

21:45. "Riyeka" (Xorvatiya) – "Omoniya" (Kipr) İlk oyun – 1:0

00:00. "Lex" (Polşa) – "KuPS" (Finlandiya) İlk oyun – 2:0

00:00. AZ (Niderland) – "Noa" (Ermənistan) İlk oyun – 0:1

00:00. "Kristal Pelas" (İngiltərə) – "Zrinski" (Bosniya və Herseqovina) İlk oyun – 1:1

00:00. "Lozanna" (İsveçrə) – "Siqma" (Çexiya) İlk oyun – 1:1