Avropa Konfrans Liqasında pley-offun püşkü atılır - YENİLƏNİR

Avropa Konfrans Liqasında pley-offun püşkü atılır - YENİLƏNİR

Bu gün UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

"Mediasport" xəbər verir ki, İsveçrədə keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Liqa mərhələsini ilk səkkiz pillədə başa vuran komandalar istisna, növbəti 16 yerdə qərarlaşmış kollektivlər üçün nəzərdə tutulub.

İlk 8 yerin sahibləri birbaşa 1/8 finala vəsiqə qazanıblar.

Püşkə qatılacaq 16 klubdan səkkizi səpələnmiş, səkkizi səpələnməmişlər səbətində yer alıb.

Səpələnmişlər: AZ (Niderland), “Çelye” (Sloveniya), “Kristal Pelas” (İngiltərə), “Fiorentina” (İtaliya), "Lozanna" (İsveçrə), “Lex”(Polşa), “Riyeka” (Xorvatiya), “Samsunspor” (Türkiyə) (9-16-cı yeri tutanlar).

Səpələnməmişlər: “Drita” (Kosovo), “Yagelloniya” (Polşa), KuPS (Finlandiya), “Noa” (Ermənistan), “Omoniya” (Kipr), “Şkendiya” (Şimali Makedoniya), “Siqma” (Çexiya), “Jrinski” (Βosniya və Herseqovina) (17-24-ci yeri tutanlar).

Pley-off mərhələsinin oyunları 19 və 26 fevral tarixlərində baş tutacaq.

Xatırladaq ki, turnirdə mübarizə aparan 36 komandadan 24-ü mübarizəni davam etdirir.