"Neftçi" Latviya klubuna qarşı, "Sabah" "Trabzonspor"la üz-üzə

 "Neftçi" Latviya klubuna qarşı, "Sabah" "Trabzonspor"la üz-üzə

Azərbaycanın basketbol klubları FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyunlarını keçiriblər.

"Mediasport" xəbər verir ki, "Gəncə" Gəncə İdman Sarayında Yunanıstan təmsilçisi "Kolossos"a uduzub - 62:80.

"LANDAU Lions" isə Slovakiya səfərində "Prievidza"ya məğlub olub - 84:108.

Avrokuboklarda təmsilçilərimizdən "Sabah" bu gün FİBA Çempionlar Liqasında "Trabzonspor"un qonağı olacaq.

"Neftçi" isə Bakıda FİBA Avropa Kuboku çərçivəsində "Riqa"nı (Latviya) qəbul edəcək.