Azərbaycan millisi Bakıda Şimali Makedoniya yığmasına uduzdu
Azərbaycanın kişi basketbolçulardan ibarət milli komandası AVRO-2029-un seçmə qrup mərhələsində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma 4-cü tur çərçivəsində Şimali Makedoniya seçməsi ilə qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan görüş basketbolçularımızın məğlubiyyəti ilə yekunlaşıb - 70:78.
5 xalı olan komandamız A qrupunun turnir cədvəlində 3-cü sırada qərarlaşıb.
Xatırladaq ki, yığmamız bunadək Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub, İrlandiyaya (76:75) qalib gəlmişdi.
Qrupda növbəti qarşılaşmamız iyulun 2-də Lüksemburqla səfərdə, iyulun 7-də isə qİrlandiya basketbolçuları ilə Bakıda olacaq.
