ABŞ-li basketbolçu "Sabah"da

"Sabah" Basketbol Klubu hücumçu Castin Tillmanı transfer edib.
"Mediasport" xəbər verir ki, 203 sm boya sahib oyunçu qarşıdakı iki mövsümdə Azərbaycan klubunun formasını geyinəcək.
28 yaşlı Tillman karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.