"Neftçi" mövsüm sonu QLOBAL DƏYİŞİKLİKLƏRƏ getməlidir?

"Neftçi" mövsüm sonu QLOBAL DƏYİŞİKLİKLƏRƏ getməlidir?

"Neftçi"nin Premyer Liqada bu mövsümü də uğursuz başa vuracağı çoxdan məlum idi.

Ümid Azərbaycan Kubokuna qalmışdı, "ağ-qaralar" orada da ağ günə çıxa bilmədilər.

Yoxsa azı final oynamaqla azarkeşləri üçün əməlli-başlı təsəlli ola bilərdilər.

İndi hər yay olduğu kimi, yenə hamını eyni sual düşündürür - Görəsən, yeni mövsümün planları necə olacaq? Kimlər gedəcək, kimlər gələcək, kimlər qalacaq və.s. tipli suallar beyinləri indidən zəbt edib.

Bugünlərdə qeyri-adi qərarlar olmasa, rəhbərliyin Samir Abasovla yola davam edəcəyi aydındır. Azı tərəflər arasında ikillik müqavilə qüvvədədir.

Görünən budur ki, Abasovdan olsa, heyətin 90 faizini yola salar. Lakin davam edən müqavilələr və yüksək ödənişlərin olması köklü addımları istisna edir.

Buna baxmayaraq, yayda istənilən halda heyətin yarısının dəyişəcəyini proqnozlaşdıra bilərik. Ən azından klubla kontraktları başa çatacaq futbolçuların sayı kifayət qədərdir.

Məsələn, Samir Abasov Yuri Matias, Ervin Koffi, Emil Balayev, Azər Salahlı, Azər Əliyev, Höccət Haqverdi, Filip Ozobiç, Ryonosuke Ohori və Yeqor Boqomolski "9-luğ"undan 4 nəfəri saxlaya-ya yox.

Qapı üzünə həsrət Rüstəm Samiqullinlə Kalininqrad "Baltika"sından icarəyə götürülmüş Aleks Fernandesin “Neftçi”də olma müddətinin də mövsümün sonunda tamamlanacağını nəzərə alsaq, heyətin minimum 50 faizinin dəyişdiriləcəyi inandırıcı versiyadır.

Lakin bu, "Neftçi"dir - hər an hər şey ola, gecəylə fərqli qərarlar da verilə bilər. Şahidi çox olmuşuq.

Mediasport.com.az