"Şamaxı"da yeni müqavilə

 "Şamaxı"da yeni müqavilə

“Şamaxı” yeni mövsümün çalışmalarını davam etdirir.

"Mediasport" xəbər verir ki, Şirvan təmsilçisi daha bir futbolçu ilə bağlı qərar verib.

28 yaşlı qapıçı Abdulla Seydəhmədovla əməkdaşlıq növbəti mövsümün sonunadək uzadılıb.

Qeyd edək ki, "Qəbələ"dən Emil Süleymanovu icarəyə götürən Ayxan Abbasovun komandası əsas futbolçulardan Brahim Konate ("Zirə"), Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik və Fəxri Məmmədli ("Sabah", icarə müddəti başa çatıb) ilə vidalaşıb.