"Qarabağ"ın qolu UEFA Çempionlar Liqasında ən yaxşılardan biri oldu

"Qarabağ"ın qolu UEFA Çempionlar Liqasında ən yaxşılardan biri oldu

UEFA bu mövsüm Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərində ən yaxşı qollardan ibarət video hazırlayıb.

"Mediasport" xəbər verir ki, təqdimatda "Qarabağ” da yer alıb.

Ağdam klubunun vingeri Emmanuel Addainin Çempionlar Liqasının 2-ci turunda Bakıda "Kopenhagen"ə (2:0) vurduğu qol ən yaxşılardan sayılıb.

Xatırladaq ki, matçda digər qolu Abdulla Zubir vurmuşdu.