Nəriman Axundzadə İngiltərə klubu ilə matça ilk "11-lik"də çıxdı
Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolumbus Kryu" klubunun heyətində növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, yığmamızın hücumçusu İngiltərə Premyer Liqasını tərk edən "Börnli" ilə matçda forma geyinib.
Kolumbus şəhərindəki “Skotts Mirakl-Qro Fild” stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Hər iki qolun ikinci hissədə vurulduğu görüşdə Nəriman matça start heyətdə başlayıb.
Xatırladaq ki, forvard ABŞ klubunda bu ilin qışından çıxış edir.


